Prezident, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilən 27 sentyabr Anım Günü münasibətilə Ağdaşlı şəhidlərimizin xatirəsinə yaradılmış Şəhidlər Memorial Kompleksində 2025-ci ilin sentyabr ayında abadlıq işləri həyata keçirilib.
Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Ağdaş Bələdiyyəsinin təşəbbüsü və dəstəyi ilə aparılan abadlıq işləri çərçivəsində Memorial Kompleksin ətrafı rənglənmiş, şəhid şəkilləri və lövhələri yenilənmiş, işıqlandırma sistemi bərpa edilmiş, kompleksin ümumi görünüşü tamamilə yenilənmişdir.
Aparılan abadlıq işləri torpaqlarımızın ərazi bütövlüyü uğrunda savaşan, şəhidlik zirvəsinə ucalan 204 igid qəhrəmanlarımızın xatirəsini daim yaşatmaq üçün aparılmışdır.
Allah şəhidlərimizə rəhmət eləsin!