Sədr haqqında
Qarayev Qalib Aslan oğlu
Qarayev Qalib Aslan oğlu 11 oktyabr 1955-ci ildə Ağdaş rayonu, Ərəbocağı kəndində anadan olmuşdur. 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşən məktəbin 1-ci sinifində daxil olmuş, 1972-ci ildə isə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1976-cı ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsini bitirmişdir. 1992-ci ildə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Volqoqrad Ali Müstəntiqlər Məktəbini bitirmişdir. 41 il Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ağsu, Göyçay və Ağdaş rayon Polis Şöblərində müxtəlif vəzifələrdə işləmişdir. Birinci Qarabağ Müharibəsinin veteranıdır. 2024-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2015-ci ildən Ağdaş Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Ailəlidir. Üç övladı var.