Muavinlər

Həmidov Vüqar Rəsul oğlu

Həmidov Vüqar Rəsul oğlu

Həmidov Vüqar Rəsul oğlu 10 sentyabr 1973-cü ildə Ağdaş şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetində əmtəəşünaslıq ixtisası üzrə və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr təhsilini almışdır. Ağdaş Rayon İstehlak Cəmiyyətində əmtəəşünas vəzifəsində işləmişdir. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin "Tərəqqi" medalı ilə təltif edilmişdir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci ildən Ağdaş bələdiyyəsinin sədr müavinidir. Ailəlidir. İki övladı var.

Beydullayev Rəşid İlham oğlu

Beydullayev Rəşid İlham oğlu

Beydullayev Rəşid İlham oğlu 18 iyul 1999-cu ildə Ağdaş şəhərində anadan olmuşdur. 2021-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi və Ağdaş Rayon İcra Hakimiyyətində işləmişdir. 2024-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2025-ci ildən Ağdaş bələdiyyəsinin sədr müavinidir.