21 may 2025-ci il tarixində Ağdaş-Göyçay magistral avtomobil yolunun Ağdaş şəhərindən keçən hissəsində yerləşən tikinti mallarının satışı və daş bazarı ərazisində Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Ağdaş bələdiyyə sədrinin iştirakı ilə reyd keçirilib.
Aparılan reyd zamanı sahibkarlarla ərazinin təmiz saxlanılması, xüsusəndə şəhərin gözəl görünüşünə xələl gətirən yol kənarına satış üçün qoyulmuş tikinti materialları və avadanlıqlarının yığışdırılması üçün tapşırıqlar verilib və geniş profilaktik söhbətlər aparılıb.